Bizi sosial şəbəkələrdən izləyin:
Braziliyada şəxsi təyyarə eniş edərkən uçuş-enmə zolağından çıxaraq alovlanıb və dənizə düşüb.
Qəza nəticəsində pilot da daxil olmaqla iki nəfər həlak olub.
Məlumata görə “Cessna Citation 525” biznes-jeti Braziliyanın San-Paulu əyalətinin şimal sahilində yerləşən Ubatuba şəhərinin hava limanına enərkən qəzaya uğrayıb.
Təyyarə yüksək sürətlə uçuş-enmə zolağından çıxıb və alovlanıb. Təyyarədə cütlük və iki uşaq olub və onlar xilas edilib.
Hadisə zamanı həmçinin çimərlikdə olan 3 nəfər də yaralanıb.