Bizi sosial şəbəkələrdən izləyin:
Azərbaycanda daha bir məhkum həbsdə ölüb.
Moderator.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.
Orada cəza çəkən məhkum Nazim Miraslan oğlu Ağayev dünyasını dəyişib.
Xatırladaq ki, N.Ağayev 2015-ci ildə həyat yoldaşı, 1971-ci il təvəllüdlü Mehriban Yusif qızı Ağayeva arasında münaqişə baş verib.
Münaqişə zamanı N.Ağayev həyat yoldaşına bir neçə bıçaq xəsarəti yetirib. Daha sonra M. Ağayeva mətbəxdən bıçaq gətirərək N.Ağayevi bıçaqlayıb.
M.Ağayeva aldığı xəsarətlər nəticəsində ölüb, N.Ağayev isə ağır bədən xəsarətləri ilə Klinik Tibbi Mərkəzə yerləşdirilib.
Qeyd edək ki, bu, 2025-ci il ərzində Bakı həbsxanalarında 4-cü ölüm hadisəsidir.