Toyda mahnı sifarişinə görə dava salan şəxsə hökm oxundu
Hadisə
737
10:49, Bu gün

Toyda mahnı sifarişinə görə dava salan şəxsə hökm oxundu

Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Niyam İslamovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Moderator Pravda.az-a istinadən xəbər verir ki, hakim Emin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə N.İslamova 1500 manat miqdarında cərimə cəzası təyin edilib.

İttihama görə, hadisə 24 sentyabr 2024-cü il tarixdə, saat 22 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən şadlıq sarayında qeydə alınıb.

Belə ki, Niyam İslamov toy məclisində sərxoş olarkən şadlıq sarayının dəhlizində kresloda oturan zərərçəkmiş İmran Yaqubluya (şərti) yaxınlaşıb. O, zərərçəkmişin sifariş verdiyi mahnının yarımçıq saxlanılması səbəbini soruşub. İmran isə ona "get, işlərinlə məşğul ol" sözünü deyib. Bu zaman Niyam qəflətən yumruq və şillə ilə zərərçəkmiş şəxsin sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq ona xəsarət yetirib.

Link kopyalandı!
Son xəbərlər