Bakı-Qazax yolundakı qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA
Hadisə
2049
04 Jan 2025 | 14:23

Bakı-Qazax yolundakı qəza ilə bağlı TƏBİB-dən AÇIQLAMA

Qaradağda baş verən yol qəzası ilə əlaqədar əraziyə təcili tibbi yardım briqadası cəlb olunub.
 
Bu barədə Moderator.az-a TƏBİB-dən bildirilib.
 
Məlumata görə, 2025-ci il yanvarın 4-də saat 10:40 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisindən yol-nəqliyyat hadisəsi ilə bağlı Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış qeydə alınıb.
 
Dərhal hadisə yerinə briqada cəlb olunub.
 
Xəsarət alan iki nəfər müştərək travmalar diaqnozu ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunur.
 
Bir nəfərə isə stresə qarşı reaksiya diaqnozu ilə yerində yardım olunub.
 
Link kopyalandı!
Son xəbərlər