Borçalıda zəlzələ oldu
Hadisə
1190
28 Dec 2024 | 20:51

Borçalıda zəlzələ oldu

Dekabrın 28-də yerli vaxtla saat 15:44-də Gürcüstanda, Dmanisi (Borçalıda-M.) şəhərindən 8 km şimal-qərbdə zəlzələ qeydə alıb.
 
Zəlzələ 10 km dərinlikdə, 4,2 bal gücündə olub.
 
Episentrdə isə yeraltı təkanların gücü 5-6 bal təşkil edib.
 
Ermənistan Ərazi Seysmik Mühafizə Xidmətinin seysmoloji şəbəkəsinin məlumatına görə, zəlzələ həmçinin Gümrü və Bavra şəhərlərində, Şirak rayonunun Qazançı, Aşotsk, Musayelyan kəndlərində, həmçinin Taşir, Stepanavan şəhərlərində və Lori rayonunun Metsavan, Sarçapet, Mixaylovka kəndlərində də 3-4 bal gücündə hiss olunub.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər