NASA AÇIQLADI: Sabah asteroid Yerə yaxınlaşacaq - NƏLƏRƏ SƏBƏB OLACAQ? 
Hadisə
720
23 Dec 2024 | 20:23

NASA AÇIQLADI: Sabah asteroid Yerə yaxınlaşacaq - NƏLƏRƏ SƏBƏB OLACAQ? 

NASA 24 dekabr 2024-cü ildə 10 mərtəbəli bina ölçüsündə nəhəng asteroidin Yer kürəsinin yaxınlığından keçəcəyini açıqladı.
 
Moderator.az xəbər verir ki, NASA və Avropa Kosmik Agentliyi (ESA) saatda 23 min 160 kilometr sürətlə gələn 2024 XN1 adlı nəhəng asteroidin Yerə toxunmadan təhlükəsiz məsafədən keçəcəyini bildirib. Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsi (NASA) nəhəng asteroidin sürətlə Yerə yaxınlaşması barədə xəbərdarlıq edib. Kosmik agentlik dekabrın 24-də səhər saatlarında 2024 XN1 adlı nəhəng asteroidin təhlükə yaratmadan Yerə keçəcəyini açıqlayıb.
 
10 mərtəbəli bina ölçüsündə olan asteroid saatda 23 min kilometrdən çox sürətlə hərəkət edərək planetimizdən 7,21 milyon kilometr məsafədən keçəcək.
 
Bu məsafə Ay ilə Yer arasındakı məsafədən təxminən 18 dəfə böyükdür. Mütəxəssislər belə keçidlərin nisbətən yaxın olduğunu, lakin toqquşma riskinin olmadığını bildirirlər.
 
Kral Qrinviç Rəsədxanasından astronom Cess Li asteroidin Yerə dəymə ehtimalının sıfıra bərabər olduğunu ifadə edərək dedi:
 
"Asteroid kifayət qədər uzaqda olacaq, ona görə də o, Yer üçün təhlükə yaratmayacaq. Bununla belə, bu ölçüdə bir obyekt planetimizə düşsəydi, bunun nəticələri çox dağıdıcı ola bilər".
 
 
Link kopyalandı!
Son xəbərlər