19 yaşlı qadın dəm qazından boğularaq ÖLDÜ
1865
17 Dec 2024 | 20:02

19 yaşlı qadın dəm qazından boğularaq ÖLDÜ

Salyan sakini dəm qazından boğularaq ölüb.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Xələc kəndində qeydə alınıb.
 
İlkin məlumata görə, kənd sakini, 2005-ci il təvəllüdlü Aynur Müşfiq qızı Bəşirova hamamda olarkən dəm qazından boğulub.
 
O, Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər