Ağdaşda FACİƏ: Kanalda boğulan şagirdin MEYİTİ TAPILDI
1565
12 Dec 2024 | 13:25

Ağdaşda FACİƏ: Kanalda boğulan şagirdin MEYİTİ TAPILDI

Ağdaş rayon Qoşaqovaq kəndində 14 yaşlı oğlan Şirvan Suvarma kanalına düşərək boğulub.
 
Moderator.az xəbər verir ki, kanalda boğulan kənd sakini 2010-cu il təvəllüdlü Zakirli Vüqarın meyiti tapılıb.
 
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
 
***
 
Ağdaşda 14 yaşlı oğlan su kanalına düşərək ölüb.
 
Moderator.az "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Qoşaqovaq kəndində qeydə alınıb.
 
2010-cu il təvəllüdlü Vüqar Zakirli dərsdən qayıdan zaman Şirvan Suvarma kanalının ətək hissəsində əlini yuyan zaman sürüşərək kanala düşüb.
 
Nəticədə yeniyetmə suda boğularaq ölüb.
 
Faktla bağlı araşdırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər