Motosiklet su kanalına düşdü, sürücü öldü
2195
11 Dec 2024 | 10:50

Motosiklet su kanalına düşdü, sürücü öldü

38 yaşlı Neftçala sakini bədbəxt hadisə nəticəsində ölüb.
 
“Qafqazinfo” xəbər verir ki, 1986-cı il təvəllüdlü Hadıyev Rəşad Mahir oğlu dekabrın 9-u Neftçalanın Bankə qəsəbəsi ərazisində idarə etdiyi “Ural” markalı yedəkli motosiklet ilə hərəkətdə olan zaman idarəetməni itirərək yolun kənarındakı su kanalına düşüb.
 
Açıq kəllə - beyin travması, beyin əsasının əzilməsi xəsarətləri alan şəxs xəstəxanaya yerləşdirilib. Ona ilkin tibbi yardım göstərilməsinə baxmayaraq, ötən gün saat 05:00-da aldığı bədən xəsarətləri nəticəsində ölüb.
 
Faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
RU
Moderator
Link kopyalandı!
Son xəbərlər