Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI
Hadisə
1551
09 Dec 2024 | 17:33

Füzulidə qəzaya düşən ANAMA əməkdaşlarının SON VƏZİYYƏTİ AÇIQLANDI

Füzuli rayonunun Arayatlı kəndi ərazisində ANAMA əməkdaşları yol qəzasına düşüb.
 
Bu barədə Moderator.az-a Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətindən məlumat verilib.
 
Bildirilib ki, hadisə nəticəsində Agentliyin əməkdaşları 1995-ci il təvəllüdlü Qəhrəmanov Salman, 2000-ci il təvəllüddlü Bəylərzadə Ramiz və 1990-cı il təvəllüdlü Qasımov Mustafa xəsarət alıb. Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb:
 
"İlkin tibbi yardım göstərildikdən sonra Gəncə şəhər xəstəxanasına göndərilib. Vəziyyətləri orta ağırdır. Hadisə əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib".
 
TƏBİB-dən isə bildirilib ki, xəstəxanaya yerləşdirilən 1990-cı il təvəllüdlü şəxsə sol bud sümüyünün qapalı yerdəyişən sınığı, sol aşıq və çənə sümüklərinin açıq sınığı, qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, 1995-ci il təvəllüdlü şəxsə qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, üzün çapılmış yaraları, 2000-ci il təvəllüdlü şəxsə isə qapalı kəllə-beyin travması, baş-beynin silkələnməsi, beyin kötüyünün əzilməsi diaqnozu qoyulub.
 
Qeyd olunub ki, yaralılara lazımi tibbi müdaxilələr edilib, onlardan 1990 və 2000-ci il təvəllüdlü şəxslərin vəziyyətləri ağır qiymətləndirildiyindən Gəncə şəhərindəki özəl tibb müəssisəsinə təxliyə ediliblər.
 
Vəziyyəti orta ağır qiymətləndirilən 1995-ci il təvəllüdlü şəxsin də ixtisaslı yardım alması üçün təxliyə prosesi ilə bağlı zəruri addımlar atılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər