Azərbaycanda AĞIR QƏZA - Ölən var
1724
09 Dec 2024 | 17:24

Azərbaycanda AĞIR QƏZA - Ölən var

Ağsu-Kürdəmir avtomobil yolunun Ağsu rayonunun Hacısəmədli kəndi ərazisindən keçən hissəsində qəza baş verib.
 
DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan Moderator.az-a bildirilib ki, səhər saatlarında qeydə alınan iki minik avtomobilinin toqquşması nəticəsində sürücülərdən biri, Mehdiyev Bəbir Şirin oğlu aldığı xəsarətlərdən ölüb.
 
Hadisə zamanı daha 3 nəfər-2014 ci il təvəllüdlü Ceyhun Vüqar oğlu Həsənli, 1987-ci il təvəllüdlü Elmin Ənvər oğlu Nağıyev və 1997-ci il təvəllüdlü Mirzə Mirvahid oğlu Kamilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
 
Yol-nəqliyyat hadisəsi ilə bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb.
 
Link kopyalandı!
Son xəbərlər