ANAMA əməkdaşları Füzulidə qəzaya düşdülər
Hadisə
1687
09 Dec 2024 | 16:16

ANAMA əməkdaşları Füzulidə qəzaya düşdülər

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları Füzulidə qəzaya düşüblər.
 
Moderator.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Horadiz qəsəbəsi ərazisində baş verib.
 
Belə ki, rayonun Qayıdış 3 qəsəbə sakini, 1995-ci il təvəllüdlü Samir Salman oğlu Qəhrəmanov BMW markalı avtomobilin idarəetməsini itirib və maşın yol kənarına yuvarlanıb. Nəticədə sürücü S.Qəhrəmanov, avtomobildə olan rayonun Qayıdış 3 qəsəbə sakini, 2000-ci il təvəllüdlü Ramiz İlqar oğlu Bəylərzadə və Qayıdış 2 qəsəbə sakini, 1990-cı il təvəllüdlü Mustafa Yusif oğlu Qasımov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Yaralılar Füzuli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. İlkin yardım göstəriləndən sonra R.Bəylərzadə və M.Qasımov Gəncə Şəhər Xəstəxanasına göndəriliblər. Sürücü S.Qəhrəmanovun da Gəncə Xəstəxanasına göndərilməsi üçün zəruri işlər görülür.
 
Qəza zamanı xəsarət alanların ANAMA əməkdaşları olduğu bildirilir.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər