Turizm şirkətinin direktoru saxlanıldı - Onu LGBT ilə nə bağlayır?
1831
30 Nov 2024 | 16:10

Turizm şirkətinin direktoru saxlanıldı - Onu LGBT ilə nə bağlayır?

Moskvada LGBT icmasının (Rusiyada ekstremist kimi tanınır) nümayəndələrinin səyahətlərinin təşkilində iştirakda şübhəli bilinən “Men Travel” turizm şirkətinin direktoru saxlanılıb.
 
Publika.az xəbər verir ki, bu barədə TASS hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
 
Bildirilir ki, saxlanılan şəxs qeyri-ənənəvi cinsi dəyərlərin tərəfdarları üçün Yeni il bayramları ərəfəsində Misirə səfərlər təşkil edib. Onun barəsində ekstremist təşkilatın fəaliyyətinin təşkili maddəsi ilə cinayət işi açılıb. Lakin o, günahını boynuna almır.
 
Qeyd olunur ki, “Men Travel” səyahət klubu bu ilin martında qeydiyyatdan keçib və onun direktoru kimi Andrey Kotov qeyd olunub.
Link kopyalandı!
Son xəbərlər