Rusiyada azərbaycanlı həbs olundu
Hadisə
203
11:05, Bu gün

Rusiyada azərbaycanlı həbs olundu

Xabarovskda Azərbaycan vətəndaşı qısqanclıq zəminində birgə yaşadığı qadını döyüb və boğub öldürüb.
 
Moderator.az axar.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin Yəhudi muxtar vilayəti üzrə idarəsi məlumat yayıb.
 
Məlumata görə, hadisə mart ayının sonunda baş verib:
 
“50 yaşlı azərbaycanlı qısqanclıq zəminində partnyoru ilə mübahisə edib və münaqişə zamanı onu döyüb, sonra isə boğub. Cinayətdən sonra həmin şəxs gizlənib, lakin bir neçə gün sonra Primorsk diyarının Artyom şəhərində saxlanılıb. 1973-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı barəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsinin 1-ci hissəsi ilə cinayət işinin istintaqı yekunlaşıb. Onun barəsində həbs-qətimkan tədbiri seçilib”.
Link kopyalandı!
Son xəbərlər