Azərbaycanda zəlzələ oldu - FHN məlumat yaydı - YENİLƏNİB
Hadisə
504
13:32, Bu gün

Azərbaycanda zəlzələ oldu - FHN məlumat yaydı - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Laçında baş verən zəlzələ barədə məlumat yayıb.
 
Nazirlikdən Moderator.az-a bildirilib ki, zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək FHN-ə məlumat daxil olmayıb.
 
Qeyd edək ki, Ermənistanın Daxili İşlər Nazirliyi də Azərbaycanda baş verən zəlzələ barədə məlumat yayıb. Məlumata görə, zəlzələ Azərbaycanla həmsərhəd olan Gorus, Mehri, Qafan və daha bir neçə yaşayış məntəqəsində hiss olunub.
 
12:35
 
Noyabrın 23-də Laçın rayonu ərazisində zəlzələ olub.
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosundan Moderator.az-a verilən məlumata görə, yerli vaxtla saat 12:10-da qeydə alınan yeraltı təkanların maqnitudası 4.5-ə bərabər olub.
 
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib.
 
Zəlzələ Qarabağ və Şərqi Zəngəzurda hiss olunub.
Link kopyalandı!
Son xəbərlər