Əncir mürəbbəsi ilə qızı zorlamaq istəyən azərbaycanlıya HÖKM OXUNDU
Hadisə
2338
21 Nov 2024 | 13:27

Əncir mürəbbəsi ilə qızı zorlamaq istəyən azərbaycanlıya HÖKM OXUNDU

Rusiyanın Primorski rayon Məhkəməsi 34 yaşlı qadını zorlamaya cəhddə təqsirli bilinən Şərafətdin Hüseynovu 7 il maksimum təhlükəsizlik cəzasına məhkum edib.
 
Məhkəmə müəyyən edib ki, həmin şəxs iyunun 13-nə keçən gecə 34 yaşlı qadını aldadaraq, Paraşutnaya qəsəbəsindəki mənzilinə aparıb. Daha sonra hədə-qorxu və fiziki güc tətbiq etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib. O, günahını etiraf etməyib.
 
Paraşutnaya qəsəbəsindəki insidentdən bir neçə gün əvvəl həmin şəxs barədə artıq polisə məlumat verilmişdi. Müraciət edən qız axşam saat 11 radələrində metronun “Pionerskaya” stansiyasında yaşlı bir kişinin özünü Saşa kimi təqdim edərək onu ad gününə israrla dəvət etdiyini bildirib.
 
Kişi qıza əncir mürəbbəsi təklif edərək, onu Azərbaycana səfər etməyə razı salıb və nömrəsini alıb. O zaman qızı şirniyyatla aldada bilməyib, qız vaxtında avtobusa minərək qaçmağı bacarıb. Evdə "Saşa"nın nömrəsinə zəng vuraraq, əsl adını öyrənib və saxlanılması ilə bağlı xəbərlərə rast gəlib.
 
Rusiya mediasında bildirilir ki, bu, onun başqa insanların cinsi azadlığına qarşı törətdiyi ilk cinayət deyil. 51 yaşlı azərbaycanlı 2013-cü ilin fevralında Sankt-Peterburqda saxlanılıb və bir il sonra Primorsk rayon məhkəməsi onu bıçaqla zorla cinsi əlaqədə olmaqda təqsirli bilib.
 
Şərafəddin Hüseynov cəzasını Kareliyadakı 1 saylı cəzaçəkmə müəssisəsində çəkib və 2021-ci ilin fevralında azadlığa çıxıb. Segeja Şəhər Məhkəməsinin qərarı ilə Hüseynov 6 il müddətinə inzibati nəzarətə götürülüb. Kişiyə gecə evdən çölə çıxmaq edilib. /Lent.az/
Link kopyalandı!
Son xəbərlər