Balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü
Hadisə
462
17:45, Bu gün

Balıq ovlamaq istəyən şəxs faciəli şəkildə öldü

Astarada 47 yaşlı kişini yüksək gərginlikli elektrik cərəyanı vuraraq öldürüb.
 
Moderator.az report.az-a istinadən xəbər verir ki, hadisə Kijəbə qəsəbəsi ərazisində baş verib.
 
Belə ki, qəsəbə sakini 1977-ci il təvəllüdlü Akif Maarif oğlu Ramazanovun su hövzəsində balıq ovlamaq üçün atdığı qırmaq yüksək gərginlikli elektrik xətlərinə toxunub və cərəyan vurması səbəbindən ölüb.
 
Meyit müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran Rayon Şöbəsinə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər