Ana dörd uşağı ilə birlikdə yanaraq ÖLDÜ
Hadisə
363
09:30, Bu gün

Ana dörd uşağı ilə birlikdə yanaraq ÖLDÜ

Rusiyanın Novosibirsk vilayətində baş verən yanğın nəticəsində beş nəfər ölüb.
 
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
 
Qeyd olunub ki, hadisə Kupinski rayonunun Novoselye kəndində çoxuşaqlı ailənin yaşadığı fərdi evdə baş verib.
 
Yanan evdən ata, 12 və 14 yaşlı uşaqları çıxa biliblər: “Evdə bir ana və dörd uşaq qalıb. Təəssüf ki, onların hamısı ölüb”, – deyə mətbuat xidmətindən bildirilib.
 
 
 
 
Link kopyalandı!
Son xəbərlər