Zaqatalada son 10 gündə üçüncü körpə öldü
2009
10 Nov 2024 | 08:13

Zaqatalada son 10 gündə üçüncü körpə öldü

Zaqatalada daha bir yeni doğulan körpə ölümü qeydə alınıb.
 
Rarayonun Cimcımax kənd sakini 19 yaşlı hamilə Cəmilə Elman qızı Əliyeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə daxil olub.
 
C. Əliyeva doğum şöbəsinə daxil olduqdan iki saat sonra həkim mama-ginekoloq Yeganə Bayraməliyevanın iştirakı ilə təbii doğuş baş tutub. Doğuş zamanı körpənin ölüm faktı qeydə alınıb.
 
Qeyd edək ki, son 10 gün ərzində Zaqatala xəstəxanasının doğum şöbəsində bu fakt da daxil olmaqla üçüncü yeni doğulan körpə ölümüdür.
 
Hər üç faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır. (Qafqazinfo.az)
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər