Təcili yardım maşını qəzaya uğradı - Yaralılar var
2790
07 Nov 2024 | 17:38

Təcili yardım maşını qəzaya uğradı - Yaralılar var

Noyabrın 6-da Qusar şəhəri Çingiz Qurbanov küçəsində ağır yol qəzası baş verib.
 
Moderator.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Qusar Rayon Mərkəzi Xəstəxanasına məxsus "Mercedes" markalı təcili tibbi yardım avtomobili, "VAZ-21140" və "Mercedes" markalı digər minik avtomobili toqquşub.
 
Nəticədə tibbi yardım maşınında olan həkim, tibb bacısı və sürücü, eləcə də "VAZ"ın sürücüsü xəsarət alıb.
 
Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər