Bizi sosial şəbəkələrdən izləyin:
İranın Livandakı səfiri Müctəba Amani şəxsi rabitə qurğusunun partlaması nəticəsində yaralanıb.
Axar.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Bildirilib ki, səfir peycerdən istifadə edib.
Amaninin vəziyyəti ilə bağlı təfərrüat verilməyib.
Daha əvvəl Hizbullahın qərargahının yerləşdiyi Beyrutun cənubunda rabitə cihazlarının partlaması nəticəsində onlarla yaralının xəstəxanalara yerləşdirildiyi açıqlanmışdı.
Rabitə cihazlarının İsrailin kiberhücum həyata keçirməsi nəticəsində partladığı bildirilir.
***
Rabitə cihazlarının partladılması nəticəsində yaralananların sayı azı 1,5 minə çatıb.
Bu barədə “Skay Nyus Arabia” məlumat yayıb.
Partlayışlar nəticəsində 5 nəfər ölüb.