Bakıda 30 yaşlı kişi 9 nəfəri aldadaraq hesablarından pul çıxardı
Hadisə
1824
12 Sep 2024 | 12:32

Bakıda 30 yaşlı kişi 9 nəfəri aldadaraq hesablarından pul çıxardı

Bakının Nizami rayonunda dələduzluq faktlarının üstü açılıb.
 
Moderator.az xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə ayrı-ayrı vaxtlarda 9 nəfəri aldadan şəxsin ümumilikdə onların 3240 manat vəsaitini öz hesabına ödətdirməsi barədə müraciətlər daxil olub.
 
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 30 yaşlı X.Qasımov müəyyən olunaraq saxlanılıb.
 
Araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər