Bizi sosial şəbəkələrdən izləyin:
Bakının Xəzər rayonununda yeniyetmənin ağır xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az-ın məlumatına görə, avtomobil yolu keçən 2010-cu il təvəllüdlü M.N-ni vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona açıq kəllə-beyin travması və baş-beyinin əziyi diaqnozları qoyulub.
Hadisənin təfərrüatı araşdırılır. (report.az)