Təcili eniş edən təyyarədə bomba həyəcanı
1604
06 Sep 2024 | 20:52

Təcili eniş edən təyyarədə bomba həyəcanı

Hindistanın “Vistara” aviaşirkətinə məxsus sərnişin təyyarəsi Türkiyənin Ərzurum hava limanına təcili eniş edib.
 
Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, Mumbay-Münhen marşrutu üzrə uçan təyyarə bomba təhlükəsi xəbərdarlığına görə təcili eniş etməli olub. Belə ki, bir sərnişin salfetin üzərinə “Təyyarədə bomba var” yazıb.
 
Bomba həyəcanı səbəbilə hava limanında təhlükəsizlik tədbirləri görülüb və şəhərin hava məkanı uçuşlara bağlanıb. Bütün sərnişinlər təyyarədən endirilib.
 
Təyyarədə mütəxəssislər axtarış aparır.
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Link kopyalandı!
Son xəbərlər