Bizi sosial şəbəkələrdən izləyin:
TƏBİB İmişli şəhərində iki yeniyetmənin ölümü ilə bağlı açıqlama verib.
“Report”un yerli bürosunun sorğusuna cavab olaraq bildirilib ki, bu gün saat 15:10 radələrində elektrik cərəyanı vurması səbəbilə İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə çağırış daxil olub. Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası göndərilib.
2010 və 2014-cü il təvəllüdlü iki nəfərin (kişi cinsli) hadisə yerində ölüm faktı qeydə alınıb.
Qeyd edək ki, Amid Seyran oğlu İsbərovu və Farid Vahid oğlu Məmmədovu elektrik cərəyanı vuraraq öldürüb.
***
İmişli şəhərində 5 saylı orta məktəbin həyətində elektrik cərəyanının vurması nəticəsində həyatlarının itirən məktəblilərin şəxsiyyəti məlum olub.
Elektrik cərəyanın vurması nəticəsində İmişli sakinləri 2010-cu il təvəllüdlü Amid Seyran oğlu İsbərov və Farid Vahid oğlu Məmmədov həyatlarını itiriblər.
Amid İsbərov və Fərhan Məmmədzadə səkkizinci sinif şagirdləri olublar.
16:08
İmişlidə iki məktəblini elektrik cərəyanı vuraraq öldürüb.
Hadisə İmişli şəhərində 5 saylı orta məktəbin həyətində baş verib.
Məktəbin həyətində 6-8-ci sinifdə oxuyan iki məktəbli elektrik cərəyanı vurması nəticəsində həyatlarını itirib.
Hazırda hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.