Bizi sosial şəbəkələrdən izləyin:
Bakıda, Heydər Əliyev prospektində baş verən zəncirvari yol nəqliyyat hadisəsi zamanı bir nəfər xəsarət alıb.
Bunu Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis kapitanı Toğrul Nəsirli bildirib.
O qeyd edib ki, hadisə nəticəsində “Toyota LC Prado” markalı avtomobildə olan sürücü xəsarət alıb. Faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır.
16:15
Bakıda, H.Əliyev prospektində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Moderator.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə videogörüntü paylaşılıb.
Qeyd olunub ki, hadisə bu gün, saat 11:40-da üç avtomobilin toqquşması nəticəsində baş verib. Belə ki, BMW markalı avtomobil “Mitsubishi Pajero” markalı avtomobilə, sonuncu isə “Toyota LC Prado”ya çırpılıb, yekunda BMW markalı avtomobilə ciddi ziyan dəyib.
Hadisə nəticəsində xəsarət alanların olması ilə bağlı məlumat yoxdur.
Hadisəyə səbəb kimi yüksək sürət və ara məsafəsinin düzgün seçilməməsi göstərilir.
Videonu təqdim edirik: