Tərtərdə mina partlayışında yaralanan şəxslərdən birinin ayaqları amputasiya edilib - YENİLƏNİB
Hadisə
2831
02 Apr 2024 | 17:33

Tərtərdə mina partlayışında yaralanan şəxslərdən birinin ayaqları amputasiya edilib - YENİLƏNİB

Tərtərdə mina partlayışı nəticəsində xəsarət alan 3 nəfərdən birinin hər iki ayağı amputasiya edilib.
 
Moderator.az-ın Report-a istinadən xəbərə görə, yaralılardan biri İsmayılov Polad Alış oğlu Tərtər Rayon Mərkəzi Xəstəxanasına, vəziyyəti nisbətən ağır olan digər 2 şəxs isə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
 
16:40
Aprelin 2-də Tərtər rayonunun Çaylı kəndi ərazisində mina hadisəsi baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin Mətbuat Xidmətlərinin birgə yaydığı məlumatda bildirilib.
 
1969-cu il təvəllüdlü İsmayılov Polad Alış oğlu, 1992-ci il təvəllüdlü Tağızadə Arzuman Əhliman oğlu və 2006-cı il təvəllüdlü Bağırov Elmir Elnur oğlu keçmiş təmas xəttində, minalardan təmizlənməmiş ərazidə heyvan otararkən baş verən mina partlayışı nəticəsində xəsarət alıb.
 
Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.
 
AR DİN, Baş Prokurorluq və ANAMA bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, bələd olmadıqları ərazilərə daxil olmamağa və təhlükə bildirən bütün əlamətlərə diqqətlə yanaşmağa çağırır!
 
Link kopyalandı!
Son xəbərlər