Bizi sosial şəbəkələrdən izləyin:
Bu gün günorta saatlarında Astarada dəhşətli yol qəzası baş verib.
Bu barədə hadisə şahidləri BAKU.WS-in “qaynar xətti”nə məlumat veriblər. Bildirilbi ki, qəza nəticəsində minik maşını yolda hərəkətdə olarkən idarəetməni itirib və TIR-a çırpılıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirildi ki, qəza nəticəsində yanğın baş verib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub. Qəza nəticəsində 3 nəfər ölüb.
Faktla bağlı araşdırma aparılır.