Saatlıda balıq tutan kişini cərəyan vuraraq öldürdü
2686
26 Mar 2024 | 11:49

Saatlıda balıq tutan kişini cərəyan vuraraq öldürdü

Saatlı rayonunda balıq tutan 37 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb.
 
Moderator.az report-a istinadla bildirir ki, hadisə rayonun Orta Muğan kəndi ərazisində qeydə alınıb.
 
Belə ki, Qaranuru kənd sakini, 1987-ci il təvəllülü Səmədov Amil Müzəffər oğlu sözügedən kənd ərazisinə tilovu kanala atarkən tiliov 10 min kilovoltluq elektrik xəttinə toxunub. Nəticədə balıqçını elektrik cərəyanı vuraraq öldürüb.
 
Həmin əraziə balıq ovlayarkən bir neçə dəfə belə halların olduğu bildirilir.
 
Faktla bağlı araşırma aparılır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər