Xədicə İsmayıl polisə ÇAĞIRILDI
1957
14 Mar 2024 | 10:49

Xədicə İsmayıl polisə ÇAĞIRILDI

Jurnalist Xədicə İsmayıl istintaqa çağırılıb. 
 
Bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.  Xədicə İsmayıl qeyd edib ki, bu gün saat 15:00 üçün onu ifadə verməyə dəvət ediblər. 
 
Qeyd edək ki, martın 6-da Toplum TV internet televiziyasının yerləşdiyi ofisdə və daha bir neçə ünvanda Daxili İşlər Nazirliyi tərəfindən əməliyyat keçirilib. DİN-in yaydığı məlumatda bildirilib ki, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri keçirilib.
 
Nəticədə TV-nin bir neçə əməkdaşı saxlanılıb və onların barəsində cinayət işi açılıb./Lent.az 
 
 
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər