Şabranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
Hadisə
2329
06 Mar 2024 | 20:40

Şabranda iki avtomobil toqquşdu: Xəsarət alanlar var

Şabran rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
 
Moderator.az-ın məlumatına görə, hadisə Şabran şəhərinin mərkəzi hissəsində qeydə alınıb.
 
Belə ki, hərəkətdə olan “Daevoo” markalı minik avtomobili VAZ-2107 markalı nəqliyyat vasitəsi ilə toqquşub.
 
Hadisə nəticəsində avtomobildə olan rayon sakinləri 1969-cu il təvəllüdlü Əfqan Mütəllim oğlu Allahverdiyev və 1979-cu il təvəllüdlü İ.Baləhməd qızı Allahverdiyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
 
Yaralılar xəstəxanaya aparılıblar.
 
Faktla bağlı araşdırma aparılır.
 
Link kopyalandı!
Son xəbərlər