Bank kartlarının məlumatlarını oğurlayan şəbəkənin məlumatları ələ keçirilib
1949
05 Mar 2024 | 21:06

Bank kartlarının məlumatlarını oğurlayan şəbəkənin məlumatları ələ keçirilib

Ölkənin nüfuzlu banklarının və maliyyə təşkilatlarının adından uzun müddətdir istifadə edərək sosial şəbəkələrdə vətəndaşlara saxta lotereya, uduş vədləri verərək onların bank və şəxsi məlumatlarını ələ keçirən kiber cinayətkar qrupun serverlərində olan sızdırılmış məlumatlar bazasını ələ keçirmək mümkün olub.
Kiber-təhlükəsizlik və avtomatlaşdırılmış kiber-kəşfiyyat həlləri üzrə ixtisaslaşmış “Cypho” şirkətinin təhdidlərin araşdırılması komandası tərəfindən davamlı aparılan analizin nəticəsi olaraq bu mümkün olub.
 
Şirkətdən Valyuta.az-a verilən məlumata görə, bu qruplar dünyada çox geniş yayılmış fişinq metodları vasitəsilə ölkə bazarında nüfuz sahibi olan kommersiya bankları, elektron pulqabı və ya kredit təşkilatlarının sosial şəbəkələrdə oxşar səhifələrini yaradaraq vətəndaşları aldatmağı bacarıb və on minlərlə vətəndaşın bank və şəxsi məlumatlarını ələ keçirib. 
 
“Cypho” şirkəti bu tip şirkətlərin fəaliyyətini ortaya çıxarmağa və qarşı tərəfin sistemlərində aşkar edilən boşluqlar vasitəsilə sızdırılmış məlumatların böyük hissəsini əldə etməyə nail olub.
 
Mövzu ilə bağlı zərərçəkən şəxslər və aidiyyəti dövlət qurumları məlumatlandırılıb. Yaxın günlərdə əlaqəli qurumlar tərəfindən vətəndaşlara fərdi və ya ictimai formada daha ətraflı məlumat  bildiriləcək.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər