Ata yeni doğulan qızını başqa şəhərdə küçəyə atdı
1968
05 Mar 2024 | 12:20

Ata yeni doğulan qızını başqa şəhərdə küçəyə atdı

Rusiyanın Tver vilayətində kişi yeni doğulmuş qızı yaşayış binasının girişində qoyub.
 
Moderator.az yerli mediaya istinadla xəbər verir ki, yeni doğulan körpənin anası onu Olenino kəndindəki evdə dünyaya gətirib. Doğuşdan sonra qızı yorğana bükərək ərinə verib. Kişi körpəni səbətə qoyub Beli şəhərinə gedib və qızı evlərdən birinin girişində qoyaraq, gözdən itib.
 
Yeni doğulmuş uşağı Tver vilayətində polisə müraciət edən bir bina sakini aşkar edib. Körpə xəstəxanaya aparılsa da, onun vəziyyəti ilə bağlı təfərrüatlar verilmir.
Link kopyalandı!
Son xəbərlər