Bərdədə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var
2689
28 Feb 2024 | 20:45

Bərdədə ağır yol qəzası baş verib, ölənlər və yaralananlar var

Bərdədə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
 
Hadisə rayonun Saatlı kəndi ərazisində qeydə alınıb. Belə ki, "VAZ-2107" markalı avtomobillə "Mercedes" markalı nəqliyyat vasitəsi toqquşub.
 
Qəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər ağır yaralanıb.
 
Xəsarət alanlar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
 
Hazırda faktla bağlı araşdırma aparılır
Link kopyalandı!
Son xəbərlər