Naxçıvanda avtomobil yandı - VİDEO
Hadisə
2197
26 Feb 2024 | 14:06

Naxçıvanda avtomobil yandı - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhəri, 58-ci məhəllədə minik avtomobilində yanğın baş verməsi barədə məlumat daxil olub.
 
Qurumdan xəbər verir ki, dərhal Naxçıvan Muxtar Respublikası FHN-in Naxçıvan şəhər Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar.
 
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qarşısı alınaraq qısa müddətdə söndürülüb.
 
Yanğın nəticəsində VAZ-21015 markalı minik avtomobilinin mühərrik hissəsi, ön təkərləri və sürücü paneli qismən yanıb.
 
Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər