Bakıda yaşayış binasında YANĞIN - sakinlər təxliyə EDİLDİ
Hadisə
2416
26 Feb 2024 | 10:27

Bakıda yaşayış binasında YANĞIN - sakinlər təxliyə EDİLDİ

Bakı şəhərinin Nəsimi rayonunda beşmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxində 5 p.m mebel, 1 ədəd paltaryuyan maşın və 1 ədəd kondisioner yanıb.
 
Bu barədə FHN məlumat yayıb.
 
Yüksək temperaturdan eyvanda 1 ədəd plastikdən ibarət pəncərə çərçivəsi əriyib. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 6 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Link kopyalandı!
Son xəbərlər