Gəncədə ailə münaqişəsi zamanı 12 yaşlı yeniyetmə xəsarət alıb
3050
23 Feb 2024 | 23:50

Gəncədə ailə münaqişəsi zamanı 12 yaşlı yeniyetmə xəsarət alıb

Gəncədə ailə münaqişəsi zamanı 12 yaşlı yeniyetmə xəsarət alıb.
 
"Report"un məlumatına görə, hadisə şəhərin Şahsevənlər küçəsində yerləşən evlərin birində qeydə alınıb.
 
Belə ki, 2012-ci il təvəllüdlü A.İ.-ova bud nahiyəsindən kəsici ailətlə xəsarət alıb. O, Gəncə şəhər 2 saylı Uşaq Xəstəxanasına çatdırılıb.
 
Yaxınlarının dediyinə görə, hadisə ailə münaqişəsi zəminində qeydə alınıb. Belə ki, o, mübahisə edən ata-anasını ayırmaq istəyərkən atası əlindəki bıçaqla ehtiyatsızlıqdan ona xəsarət yetirib.
 
Yaralının vəziyyəti qənaətbəxş hesab edilir.
 
Faktla bağlı araşdırma aparılır.
Link kopyalandı!
Son xəbərlər