Azərbaycanda yenə ZƏLZƏLƏ OLDU - YENİLƏNİB
2737
18 Feb 2024 | 19:04

Azərbaycanda yenə ZƏLZƏLƏ OLDU - YENİLƏNİB

Xəzər dənizində sutka ərzində üçüncü dəfə zəlzələ qeydə alınıb.
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yerli vaxtla saat 18:49-da Xəzər dənizində 3.3 maqnitudalı zəlzələ olub.
 
***
 
Yerli vaxtla saat 16:46-da Xəzər dənizində 3,2 maqnitudada ikinci zəlzələ qeydə alınıb.
 
Bu barədə AMEA nəzdində Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin Tədqiqatı Bürosu məlumat yayıb.
 
***
 
Xəzər dənizində zəlzələ olub.
 
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən xəbərə görə, yerli vaxtla saat 12.30-da Xəzər dənizində 3,4 maqnitudalı zəlzələ olub.
Link kopyalandı!
Son xəbərlər