Deputatlığa namizəd güllələndi - FOTO
Hadisə
1877
11 Feb 2024 | 18:30

Deputatlığa namizəd güllələndi - FOTO

Meksikanın mərkəzi Morelos əyalətində hakim Morena partiyasından konqres (parlament) üzvlüyünə namizəd öldürülüb.
 
Hücum ölkədə keçirilən ümumi seçkilərə bir neçə ay qalmış baş verib.
 
Ekatepek bələdiyyəsinin rəhbərinin sözlərinə görə, siyasətçi Yair Martin Romero qardaşı ilə birlikdə güllələnib.
 
Qeyd edək ki, son illər Meksikada seçkilər tez-tez siyasi zorakılıq və hücumlar fonunda keçirilir. Belə ki, 2021-ci ildə keçirilən aralıq seçkiləri ərəfəsində onlarla siyasətçi və deputatlığa namizəd öldürülüb.  (yenisabah.az)
Link kopyalandı!
Son xəbərlər