Zaqatalada 6 otaqlı ev yanıb
1670
02 Feb 2024 | 20:25

Zaqatalada 6 otaqlı ev yanıb

Zaqatalada 6 otaqlı fərdi yaşayış evi yanıb.

Yanğın hadisəsi günorta saatlarında rayonun Cimcimax kəndində ümumi sahəsi 200 kv/m olan birmərtəbəli 6 otaqdan ibarət fərdi yaşayış evində qeydə alınıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib.

Yanğın nəticəsində evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər