Bakıda şadlıq sarayı önündəki kütləvi davaya DİN-dən REAKSİYA - YENİLƏNİB + VİDEO
2027
27 Jan 2024 | 12:25

Bakıda şadlıq sarayı önündəki kütləvi davaya DİN-dən REAKSİYA - YENİLƏNİB + VİDEO

Xətai rayonu ərazisində yerləşən şadlıq saraylarından birinin qarşısında sərxoş vəziyyətdə olan bir neçə şəxs arasında mübahisə baş verib.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin inspektoru, polis kapitanı Nurlan Əliyev məlumat verib:

“Mübahisəni yaradan şəxs ərazidə xidmət aparan polis naryadları tərəfindən saxlanılaraq polis orqanına təhvil verilib. Faktla bağlı təhqiqat araşdırması başlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin edilib. Araşdırmalar davam etdirilir”.

12:35

Xətai rayonunda yerləşən şadlıq saraylarından birinin qarşısında dava düşüb.

Bu barədə Baku.ws məlumat yayıb.

Bildirilib ki, hadisə ötən gün saat 23 radələrində qeydə alınıb.

Polis əməkdaşlarının müdaxiləsindən sonra ərazidə sakitlik bərqərar olunub.

Hadisənin videosunu təqdim edirik:

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər