Biləsuvarda qarlı hava şəraiti yol qəzalarına səbəb olub
2024
24 Jan 2024 | 19:45

Biləsuvarda qarlı hava şəraiti yol qəzalarına səbəb olub

Biləsuvar rayonunda qarlı hava şəraiti yol qəzalarına səbəb olub.

Hadisələr köhnə Ələt-Astara avtomobil yolunun rayonun Xırmandalı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı yük və "Nissan" markalı minik avtomobilləri idarəetmənin itirilməsi səbəbindən yolun kənarına aşıb.

Biləsuvar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən əraziyə texnika cəlb olunub və maşınlar oradan çıxarılıb, digər zəruri köməkliklər göstərilib.

Hadisələr nəticəsində bir nəfər yüngül xəsarət alıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər