Bakıda beşmərtəbəli yaşayış binasında köməksiz vəziyyətdə qalan ahıl kişi xilas edilib
2326
21 Jan 2024 | 18:37

Bakıda beşmərtəbəli yaşayış binasında köməksiz vəziyyətdə qalan ahıl kişi xilas edilib

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonunda 1 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.
 
Moderator.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.
 
Xilasedicilər alpinist ləvazimatlarının köməyi ilə beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olaraq 1933-cü il təvəllüdlü S.Əliyevi xilas ediblər.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər