Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib
1876
21 Dec 2023 | 21:12

Ağdaşda ölümlə nəticələnən yol qəzası baş verib

Ağdaşda avtomobil piyadanı vurub.

Hadisə nəticəsində Ağdaş rayon Xosrov kənd sakini 1991-ci il təvəllüdlü Musayeva Nərgiz Firamil qızı agır vəziyyətdə rayon mərkəzi xəstəxanasına çatdırılıb.

Bütün müdaxilələrə baxmayaraq piyada xəstəxanada dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan sorğuya cavab olaraq bildirilib ki, faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər