Bizi sosial şəbəkələrdən izləyin:
Pakistanın Bahavalpur şəhərində zooparkda şirlərin saxlandığı qəfəsdən meyit tapılıb.
"Cebhe.info" xəbər verir ki, Pəncab əyalətinin Bahavalpur şəhərindəki Şarbaq zooparkının işçiləri aslanların insan ayağı yediyini görüblər.
Vəziyyətdən şübhələnən işçilər aslanların qəfəsinə girib və orada bir nəfərin cəsədi ilə rastlaşıblar.
Səlahiyyətlilər meyitin kimə aid olduğunu hələ müəyyənləşdirə bilmədiklərini və bu şəxsin qəfəsə niyə və necə girdiyini araşdırdıqlarını bildiriblər.
Qeyd edək ki, hadisə ilə bağlı başladılan istintaq çərçivəsində zoopark müvəqqəti bağlanıb.