Siyəzəndə itkin düşən şəxsin meyiti tapıldı
Hadisə
1833
19 Oct 2023 | 20:31

Siyəzəndə itkin düşən şəxsin meyiti tapıldı

Samur-Abşeron kanalının Siyəzən rayonunun Zarat kəndi ərazisindən keçən hissəsində meyiti aşkarlanan 23 yaşlı Rafael Ramazanovun itkin düşdüyü məlum olub.

O, mayın 12-də səhər saatlarında yaşadığı Quba rayonunun Söhüb kəndindəki evindən çıxıb və bir daha geri qayıtmayıb. Onun cəsədi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şabran Rayon Şöbəsində müayinə edilib. Mərhumun hansı səbəbdən ölməsi araşdırılır.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər