“Sabir bağı”nda ağac sınıb - FOTO
2335
17 Oct 2023 | 15:30

“Sabir bağı”nda ağac sınıb - FOTO

“Sabir bağı”nda ağac sınıb.

APA xəbər verir ki, güclü külək səbəbindən bağın ərazisindəki ağaclardan birinin böyük budağı qırılaraq yolun piyadalar üçün nəzərdə tutulmuş hissəsinə düşüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyi (FHN) Azərbaycanda oktyabrın 20-dək davam edəcək qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Belə ki, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunub.

 

Link kopyalandı!
Son xəbərlər