Astarada yağan güclü yağışlar nəticəsində rayonun Şiyəkəran kəndində torpaq sürüşməsi qeydə alınıb.
Bu barədə Oxu.Az-a “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-dən bildirilib ki, hazırda texnikalar ərazidə müvafiq gücləndirmə işləri aparırlar:
“Sürüşmə olan kimi bizim yerli istismar idarəsinin nümayəndələri əraziyə baxış keçiriblər. Dərhal bütün texnikalarımız ora cəlb olunub. Hal-hazırda da ekskavator və buldozerlərimiz həmin ərazidə işləyirlər. Daha böyük uçqunun olmamamısı üçün çayın yatağı dərinləşdirilir və həmin yerə torpaq daşınıb tökülür. Mümkün olan bütün tədbirlər görülür”.
14:05
Astarada torpaq sürüşməsi baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, Astarada yağan güclü yağışlar rayonun Şiyəkəran kəndində torpaq sürüşməsinə səbəb olub. 10-a yaxın ailənin istifadə etdiyi yolda çökmə baş verib. Əraziyə aidiyyəti orqanların nümayəndələri cəlb olunub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları yolda təhlükəsizlik tədbirlərinin görülməsi işlərinə başlayıblar. Əraziyə ağır texnika cəlb olunub.
Hazırda Pensər çayının istiqaməti dəyişdirilir.