Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum oldu
Hadisə
2593
23 Sep 2023 | 14:20

Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum oldu

Almaniyadan Azərbaycana ekstradisiya olunan şəxsin kimliyi məlum olub.
 
Baş Prokurorluğun Mətbuat Xidmətindən verilən məlumata görə, "Ekstradisiya haqqında" 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Azərbaycan vətəndaşı Seyidli Elçin Mir Qasım oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniyanın səlahiyyətli orqanları tərəfindən təmin edilib.
 
E.Seyidlinin külli miqdarda ziyan vurmaqla dələduzluq cinayət əməlini törətməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilərək istintaqdan qaçıb gizləndiyi üçün beynəlxalq axtarışa verilib.
 
Sentyabrın 23-də Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə E.Seyidli Almaniyadan Azərbaycana gətirilib.
 
Qeyd edək ki, Ədliyyə Nazirliyi ötən gün beynəlxalq axtarışa verilən şəxsin Almaniyadan Azərbaycana gətirilməsi barədə məlumat yayıb. Lakin həmin şəxsin adı açıqlanmamışdı.
 
Link kopyalandı!
Son xəbərlər