Zaqatalada 71 yaşlı kişini maşın vuraraq öldürüb
Hadisə
2004
22 Sep 2023 | 19:50

Zaqatalada 71 yaşlı kişini maşın vuraraq öldürüb

Zaqatalada məsciddən çıxıb evə gedən 71 yaşlı kişini maşın vuraraq öldürüb.

Hadisə bu gün günorta saatlarında Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Yuxarı Tala kəndi ərazisindən keçən hissəsində yerləşən Tala Məscidinin yaxınlığında baş verib.

Rayonun Yuxarı Tala kənd sakini 71 yaşlı Məmmədəli Əhməd oğlu Əhmədov məsciddən çıxıb evə gedərkən onu minik avtomobili vurub. Qəza zamanı müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan M.Əhmədov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq M. Əhmədov aldığı ağır bədən xəsarətlərindən xəstəxanada ölüb.

Faktla bağlı araşdırma aparılır.

Link kopyalandı!
Son xəbərlər